Avro-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Macarıstan yığması genişləndirilmiş heyətdə dəyişiklik edib.
Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Marko Rossi 32 futbolçunun 3-dən imtina edib. Bunlar Adam Bodi ("Debretsen"), Daniel Qazdaq ("Honved") və Marton Eppeldir ("Kayrat" Qazaxıstan).
Xəbərdə Peter Qulaşi və Villi Orban (hər ikisi "Leyptsiq") Barat Botond ilə Kristian Nemetin ("Sportinq Kansas")millinin düşərgəsinə iyunun 2-də qoşulacağı bildirilib.
Zədəli olan Tamaş Kadarın ("Dinamo" Kiyev) fizioterapevt nəzarəti altında bərpa prosesi keçdiyi vurğulanıb. M.Rossinin hazırda bu qədər futbolçunun yoxluğunda hazırlığın ilk həftəsində cəmi 3 oyunçunu ixtisara sala bildiyi qeyd olunub. Bakıya kimlərin gedəcəyi barədə növbəti həftənin sonu qərar veriləcəyi bildirilib.
Macarıstan millisinin hazırkı heyəti:
Qapıçılar: Dibuş Denes ("Ferentsvaroş"), David Qrof ("Honved"), Peter Qulaçi ("Leyptsiq", Almaniya), Kuznets Adam ("Videoton")
Müdafiəçilər: Botat Barat ("Sportinq Kanzas", ABŞ), Bes Barnabas ("Havr", Fransa), Yanoş Ferentsi, Bens Pavkoviç (hər ikisi "Debretsen"), Attila Fiola, Vinikus Paulo (hər ikisi "Videoton"), Tamaş Kadar ("Dinamo", Kiyev, Ukrayna), Mixay Korxut ("Aris", Yunanıstan), Qerqo Lovrentsiks ("Ferentsvaroş"), Villi Orban ("Leyptsiq", Almaniya)
Yarımmüdafiəçilər: David Holman ("Slovan", Bratislava, Slovakiya), Jolt Kalmar (DAK-1904, Avstriya), Lasko Klyanheysler (Osiek", Xorvatiya), İştvan Kovaç, Mate Patkay (hər ikisi "Videoton"), Adam Nad ("Bolonya", İtaliya), Statui Dominik ("Zalsburq", Avstriya)
Hücumçular: Balaş Cudcak ("Əl-İttihad", Birləşmiş Ərəb Əmirlikləri), Filip Holender (“Honved”), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Salay (“Hoffenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”), Kristofer Vida (DAK, Slovakiya), Donat Şofer (“Uypeşt”)
Qeyd edək ki, iyunun 8-də Bakıda keçiriləcək Azərbaycan - Macarıstan oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi