Konte məhkəməni uddu - 9 milyonluq təzminat

Konte məhkəməni uddu - 9 milyonluq təzminat
DÜNYA FUTBOLU 22 May 2019 / 00:54 5941
-  A +

Vaxtından əvvəl istefaya göndərildiyi üçün "Çelsi"ni məhkəməyə verən Antonio Konte istəyinə çatıb.

Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, məhkəmə italiyalı mütəxəssisin lehinə qərar çıxarıb. Beləliklə, London klubu təcrübəli çalışdırıcıya 9 milyon avro təzminat ödəyəcək. "Zadəganlar"ın qərardan apellyasiya şikayəti verməyəcəyi bildirilir.

"Çelsi" 2003-cü ildən - Roman Abromoviçin gəlişindən sonra qovulan məşqçilərə görə ümumilikdə 90 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Konte 2016-2018-ci illərdə ingilis klubunu çalışdırıb. O, müqaviləsinin başa çatmasına 1 il qalmış istefaya göndərilib.

Son xəbərlər