Benzema yenə milliyə çağırılmadı - Fransanın heyəti

Benzema yenə milliyə çağırılmadı - Fransanın heyəti
DÜNYA FUTBOLU 21 May 2019 / 17:33 3548
-  A +

Fransa millisinin Boliviya ilə yoldaşlıq, Türkiyə və Albaniya ilə Avro-2020-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Didye Deşam 24 futbolçuya dəvət göndərib. Təcrübəli mütəxəssis uzun müddətdir yığmaya çağırmadığı "Real"ın hücumçusu Kərim Benzemanı yenə heyətdən kənarda qoyub.

Qapıçılar: Alfons Areola (PSJ), Mayk Menyan ("Lill"), Bencamin Lekom ("Monpelye"), Hüqo Loris ("Tottenhem")

Müdafiəçilər: Lyuka Din ("Everton"), Bencamen Mendi ("Mançester Siti"), Rafael Varan ("Real"), Leo Dyubua ("Lion"), Bencamin Pavar ("Ştutqart"), Kurt Zuma ("Everton"), Kleman Lanqle, Samuel Umtiti (hər ikisi "Barselona")

Yarımmüdafiəçilər: Nqolo Kante ("Çelsi"), Pol Poqba ("Mançester Yunayted"), Blez Matiudi ("Yuventus"), Mussa Sissoko ("Tottenhem"), Tanqi Ndombele ("Lion"), Floryan Toven ("Marsel"), Kinqsli Koman ("Bavariya"), Toma Lemar ("Atletiko")

Hücumçular: Antuan Qrizmann ("Atletiko"), Olivye Jiru ("Çelsi"), Kilian Mbappe (PSJ), Vissam Ben Yedder ("Sevilya")


Son xəbərlər