Azərbaycan, yoxsa Türkiyə millisi?

Azərbaycan, yoxsa Türkiyə millisi?
XƏBƏR 21 May 2019 / 11:48 6015
-  A +

"Trabzonspor"un futbolçusu Murat Cem Akpınar hələ  Azərbaycan və Türkiyənin millisi arasında seçim etməyib.

Qol.az-ın məlumatına görə, "61 saat"a danışan 20 yaşlı yarımmüdafiəçi bildirib ki, bununla bağı yekun qərar verməyib: "“Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamışam. Təklif gələcəyi təqdirdə, Türkiyə millisində oynaya bilərəm. Hələ bir seçim etməmişəm”.

Qeyd edək ki, Murat Cem Akpınar Azərbaycanın U-17 yığmasında çıxış edib. O, bu mövsümün ikinci yarısı "Trabzonspor"un əsas komandası ilə  bəzi matçlarda iştirak edib.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq