Rəsmi Bakı növbəti dəfə Londonun “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib.
Qol.az-ın xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a müsahibəsində deyib: “Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əgər bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”.
Səfir Tahir Tağızadənin sözlərinə görə, Henrix Mxitaryanın problemi odur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib: “Buna görə də onun adı hokumətin qara siyahısına düşüb. Amma buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib”.
Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu, ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”.
Qeyd edək ki, bir müddət öncə Britaniya mətbuatı təhlükəsizlik məsələrinə görə “Arsenal”ın Henrix Mxitaryanı Bakıya gətirməyəcəyini yazıb. Klub özü isə futbolçunun təhlükəsizliyinə təminat almaq üçün UEFA ilə danışıqların davam etdiyini bildirib.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi