“Qəbələ” üç legionerlə yollarını ayırıb.
Qol.az-ın məlumatına görə, bu haqda klubun meneceri Səbuhi Səfiyarlı “Xəzər TV”də “Futbol saatı” verilişində açıqlama verib:
“Klub mövsüm bitəndən sonra indiki anda 3 futbolçuyla rəsmən yollarını ayırıb. Fransalı Stiven Monroz, toqolu Lalavole Atakora və albaniyalı Sabien Lilayla başa çatan müqavilələri uzatmayacağıq. Klub bu 3 legionerlə həm oyun səviyyələrinə, həm də bəzi şərtlərə görə yeni müqavilə imzalamamağı qərara alıb. Ancaq qalan futbolçularımızın heç birinə deməmişik ki, onunla vidalaşmışıq. Heç bir futbolçu da gəlib bizə deməyib ki, müqaviləm bitib, başqa təklifim var, gedirəm. Hamısı gözləyir. Hər bir futbolçunun müqaviləsinin bitməsinə 6 aylıq qalmış başqa klubla danışıq aparmağa, hətta ilkin müqavilə imzalamağa hüququ var. Bu baxımdan Monrozun da “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”.
Səfiyarlı “Qəbələ”nin gələcək taleyinin hələ tam müəyyənləşmədiyini söyləyib: “İndidən dəqiq bir söz desəm, yalançı olaram. Gəlin, 2-3 gün, ən azı bu həftəni gözləyək. Mövsüm yeni bitib. Görək, sponsorlarımız kluba hansı büdcəni təqdim edəcək ki, buna əsasən hansı işlər görüləcək”.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər