Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov "Neftçi"yə qayıtmayacaq.
Qol.az-ın məlumatına görə, bu barədə o, atv.az-a müsahibəsində deyib.
"Neftçi"nin sabiq prezidenti paytaxt təmsilçisinə nə vaxtı qayıdacağı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, mən bunu edə bilməyəcəm. “Neftci”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. İndi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, “Neftçi”də bir daha olmayacam".
S.Sadıqov Bakıda cüdo üzrə mötəbər idman yarışlarına azarkeşlərinin çox maraq göstərməməsi barədə suala isə belə cavab verib: "Bunun səbəbini mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklam da olunur, təşkilatçılıq baxımdan bizə ümumiyyətlə, çatanı yoxdur. Avropa Oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz! Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- “Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövrlərdə “Xəzər Lənkəran” -“Neftçi” matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…".
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq