Keynin son durumu

Keynin son durumu
DÜNYA FUTBOLU 20 May 2019 / 19:48 3242
-  A +

"Tottenhem"in zədəli futbolçusu Harri Keynin bərpa prosesi davam edir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu gözləniləndən də tez sağalmaq üzrədir. Onun artıq məşqdə iştirak etdiyi bildirilib. Keyn qaçmağa başlayacağı təqdirdə, Çempionlar Liqasının finalında "Liverpul"la matç üçün heyətdə yer alacaq.

Qeyd edək ki, H.Keyn ÇL-ın 1/4 finalında "Mançester Siti" ilə görüşdə zədələnib.

Əlavə edək ki, final oyunu iyunun 1-i Madriddə keçiriləcək.


Son xəbərlər