Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı
DÜNYA FUTBOLU 20 May 2019 / 13:40 5040
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrıla bilər.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçu özü məlumat verib. Artıq üzərinə daha böyük məsuliyyət götürmək istədiyini bildirən 20 yaşlı forvard Paris klubundan ayrıla biləcəyinə işraə vurub:

"Bir daha oyunçulara, məşqçilərə və klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Bu, mənim üçün önəmli andır. Düşünürəm ki, karyeramda birinci və ya ikinci dönüş nöqtəsinə yaxınlaşıram. PSJ-də çox şey öyrəndim. İndi isə üzərimə daha böyük məsuliyyət götürməyin vaxtıdır. Ümid edirəm ki, bu, hazırkı komandamda olacaq. Buna yalnız sevinərəm. Ancaq fərqli yerdə və fərqli layihədə olması da mümkündür".

Qeyd edək ki, Mbappenin 280 milyon avro qarşılığında "Real"a keçəcəyi gözlənilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı