"Kuboku Tale Heydərova həsr edirik" - Zaur Həşimov

"Kuboku Tale Heydərova həsr edirik" -  Zaur Həşimov
ÖLKƏ FUTBOLU 19 May 2019 / 20:06 3267
-  A +

"Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm".

Bu sözləri "Qəbələ"nin məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun finalında "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konransında deyib.

- Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…

- Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

- Fasilədə nəyi müzakirə etdiniz?

-  10 dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

- Avroliqa planlarınız necədir?

- Hələ ki, heç bir plan tərtib olunmayıb.

- Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilərmi? 

- Birmənalı şəkildə kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.(sport24.az)

Daha çox


Son xəbərlər