"Real" mövsümü məğlubiyyətlə bitirdi

"Real" mövsümü məğlubiyyətlə bitirdi
DÜNYA FUTBOLU 19 May 2019 / 15:54 3571
-  A +

Bu gün İspaniya La Liqasında sonuncu - 38-ci turun daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Real" doğma meydanda "Betis"i qəbul edib. Görüş "kral klubu"nun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

İspaniya çempionatında 2018-2019 mövsümünə bu gün keçiriləcək "Eybar" - "Barselona" oyunu ilə yekun vurulacaq. Matç Bakı vaxtı ilə 18:15-də başlayacaq.


19 may (bazar)

"Real" - "Betis" - 0:2
Qollar:
L. Moron, 61 (0:1), Xese, 75 (0:2)


Qeyd edək ki, bu məğlubiyyətdən sonra 68 xalda qalan "Real" mövsümü 3-cü pillədə başa vurub. Xallarını 50-yə çatdıran "Betis" isə çempionatı 10-cı sırada tamamlayıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı