Bakı finalı "Arsenal"da son oyunu olacaq

Bakı finalı "Arsenal"da son oyunu olacaq
DÜNYA FUTBOLU 19 May 2019 / 12:23 3472
-  A +

"Arsenal" Avropa Liqasının finalında "Çelsi" ilə Bakıda keçiriləcək oyuna Danni Uelbeki də gətirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədəsini sağaldan ingilis hücumçu artıq komanda ilə məşqlərdə iştirak edir. Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unai Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" oyunu yerli vaxtla 23:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki