"Valensiya" Çempionlar Liqasına vəsiqə qazandı - Video

"Valensiya" Çempionlar Liqasına vəsiqə qazandı -  Video
DÜNYA FUTBOLU 19 May 2019 / 01:25 4048
-  A +

İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun görüşləri keçirilir.

Qol.az xəbər verir ki, son turda avrokubokların bütün iştirakçıları müəyyənləşib.

"Valensiya" səfərdə "Real Valyadolid"i 2:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Evdə "Vilyarreal"la 2:2 hesablı heç-heçə edən "Xetafe" tarixi fürsəti əldən verib. 5-ci yeri tutan Madrid klubu Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

"Barselona", "Atletiko", "Real", "Valensiya" İspaniyanı Çempionlar Liqasında, "Xetafe", "Sevilya" və "Espanyol" isə Avropa Liqasında təmsil edəcək.

"Real Valyadolid" - "Valensiya" - 0:2
Qollar:
Soler, 36, Rodriqo, 52




Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı