"Beşiktaş" "Trabzonspor"a uduzdu

"Beşiktaş" "Trabzonspor"a uduzdu
DÜNYA FUTBOLU 18 May 2019 / 22:45 4226
-  A +

Türkiyə Superliqasında 33-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün 2 matç keçirilib. "Antalyaspor" "Yeni Malatyaspor"u qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Digər oyunda "Beşiktaş" "Trabzonspor"un qonağı olub və 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətlə 3-cü pillədə olan İstanbul klubu çempionluq şansını nəzəri olaraq itirib. Komanda sonra turda hazırkı mövqeyini qorumağa çalışacaq.

"Antalyaspor" - "Yeni Malatyaspor" - 3:0
Qollar:
Alpsoy, 45, Erdinc, 55, 65

"Trabzonspor" - "Beşiktaş" - 2:1
Qollar
: Novak, 53 (1:0), Kaqava, 74 (1:1), Yazıcı, 77 (2:1)

Qeyd edək ki, "Beşiktaş" 62 xall 2-ci, "Trabzonspor" 60 xalla 4-cü, "Yeni Malatyaspor" 47 xalla 5-ci, "Antalyaspor" 45 xalla 6-cıdır. "Qalatasaray" və "Başakşəhər" isə 66 xalla 1-2-ci pillələri bölüşdürür.


Son xəbərlər