Ronaldo ən qiymətli oyunçu seçildi

Ronaldo ən qiymətli oyunçu seçildi
DÜNYA FUTBOLU 18 May 2019 / 21:29 5336
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo A seriyasında bu mövsümün ən qiymətli oyunçusu seçilib.

Qol.az-ın "Football İtalia"a istinadən yaydığı xəbərə görə, nominasiyaların qalibləri "Opta Sport" və "Netco Sports" statistika agentliklərinin məlumatları əsasında təyin edilir. Qalibin seçimi zamanı oyunçuların çempionat, kubok və superkubokda çıxışları nəzərə alınıb.

Ronaldo bu mövsüm A seriyasında 30 matçda 21 qol (5-i penaltidən) qol vurub, 8 qol ötürməsi verib.

Bundan başqa, Samir Handanoviç ("İnter") ən yaxşı qapıçı, Kalidu Kulibali ("Napoli") ən yaxşı müdafiəçi,  Sergey Milinkoviç-Saviç ("Latsio") ən yaxşı yarımmüdafiəçi, Fabio Kvalyarella ("Sampdoriya") ən yaxşı hücumçu və Nikolo Zaniolo ("Roma") ən yaxşı gənc futbolçu mükafatlarına layiq görülüblər.


Son xəbərlər