"Bavariya"dan ardıcıl 7-ci çempionluq

"Bavariya"dan ardıcıl 7-ci çempionluq
DÜNYA FUTBOLU 18 May 2019 / 19:26 5592
-  A +

Almaniya Bundesliqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, "Bavariya"dır. Münhen klubu son turda "Ayntraxt"a 5:1 hesabı ilə qalib gələrək 78 xalla ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə ölkə çempionu olub. Komandanın qollarını Kinqsli Koman, Renato Sançes, Frank Riberi, Aryen Robben, David Alaba vurub.

Son turda Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı 76 xalla 2-ci pillə ilə kifayətlənib. "Leyptsiq" isə 66 xalla 3-cü olub. Beləliklə, "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq" və 4-cü olan "Bayer" (Leverkuzen) ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.

Münhenqladbax "Borussiya"sı (5-ci yer), "Volfsburq" (6-cı yer) və "Ayntraxt" isə Avroliqada çıxış edəcəklər.

Qeyd edək ki, Bundesliqa ilə "Nürnberq" və "Hannover" vidalaşıb. "Ştutqart" isə elitada qalmaq üçün pley-off-da oynayacaq.



18 may

17:30. "Borussiya" (Münhenqladbax) – "Borussiya" (Dortmund) - 0:2

17:30. "Bavariya" – "Ayntraxt" - 5:1

17:30. "Fortuna" – "Hannover" - 2:1

17:30. "Frayburq" – "Nürnberq" - 5:1

17:30. "Herta" – "Bayer" - 1:5

17:30. "Maynts" – "Hoffenhaym" - 4:2

17:30. "Şalke" – "Ştutqart" - 0:0

17:30 ."Verder" – "Leyptsiq" - 2:1

17:30. "Volfsburq" – "Auqsburq" - 8:1




1.

Bavariya

34

24

6

4

88:32

78

     

2.

Borussiya Dortmund 

34

23

7

4

81:44

76

     

3.

Leyptsiq 

34

19

9

6

63:29

66

     

4.

Bayer Leverkuzen

34

18

4

12

69:52

58

     

5.

Borussiya Münhenqladbax

34

16

7

11

55:42

55

     

6.

Volfsburq

34

16

7

11

62:50

55

     

7.

Ayntraxt

34

15

9

10

60:48

54

     

8.

Verder Bremen

34

14

11

9

58:49

53

     

9.

Hoffenhaym

34

13

12

9

70:52

51

     

10.

Fortuna Düsseldorf

34

13

5

16

49:65

44

     

11.

Herta Berlin

34

11

10

13

49:57

43

     

12.

Maynts

34

12

7

15

46:57

43

     

13.

Freyburq

34

8

12

14

46:61

36

     

14.

Şalke

34

8

9

17

37:55

33

     

15.

Auqsburq

34

8

8

18

51:71

32

     

16.

Ştutqart 

34

7

7

20

32:70

28

     

17.

Hannover 

34

5

6

23

31:71

21

     

18.

Nürnberq

34

3

10

21

26:68

19

     

 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki