"Yuventus"u böyük məşqçi çalışdıracaq" - Alleqri

"Yuventus"u böyük məşqçi çalışdıracaq" - Alleqri
DÜNYA FUTBOLU 18 May 2019 / 01:12 6277
-  A +

Bu mövsümün sonu "Yuventus"dan ayrılacaq baş məşqçi Massimiliano Alleqri açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bildirib ki, Turin klubu onun layiqli əvəzləyicisini tapacaq: "Bu "Yuventus"u yaratmaq üçün 5 il lazım oldu, amma indi hər şey bitir. Həyat davam edir, indi evə gedirəm, sonra  bir az istirahət edəcəm. "Yuventus"u kimin çalışdıracağını bilmirəm, amma əminəm ki, bu, böyük məşqçi olacaq. Çünki "Yuventus" böyük klubdur. Bu, 5 il gözəl idi"

Qeyd edək ki, istefa ilə bağlı Alleqri və klubun Direktorlar Şurasının sədri Andrea Anyelli bu gün mətbuat konfrası keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord