"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandanın növbəti mövsüm üçün hədəflərindən danışan mütəxəssis transfer məsələlərinə də toxunub.
- Mövsüm başa çatdıqdan sonra rəhbərliklə görüşəcəyinizi, komandanın çıxışını, növbəti mövsüm üçün planları və öz gələcəyinizi müzakirə edəcəyinizi demişdiniz. Görüş oldumu və sizinlə bağlı hansı qərar qəbul olundu?
- Dünən söhbət oldu, komandada qalıram. Mövsümün əvvəlində 3 illik müqaviləyə qol çəkmişəm. Əslində buna qədər də rəhbərliklə danışmışdıq. Sadəcə, etika xatirinə belə deyirdim. Çünki müqavilə olsa da, sabah başqa bir hadisə də baş verə bilər.
- Rəhbərlik komandanın geridə qalan mövsümdəki çıxışını necə dəyərləndirir?
- Hələ mövsümün sonuna 3 tur qalmış - Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra Müşahidə Şurası işimizə qiymət vermişdi. Artıq məqsəd yerinə yetirilmişdi. Bundan sonra turnir cədvəlində yuxarı yerləri tutmaq bizim özümüzə qalırdı. Amma son oyunları zəif oynadıq. Ümumi götürəndə isə çıxışımız qənaətbəxşdir.
- Yeni mövsüm üçün əsas hədəf nə olacaq?
- Bu barədə geniş söhbət olmadı. Əsasən kimlərin gedəcəyi, yeni transferlər və komandanın qurulmasından danışıldı. Hamı iddialılar arasında olmaq istəyir. Ancaq qarşıya belə bir məqsəd qoyulub-qoyulmayacağı barədə söhbət olmayıb. Əgər belə bir şey olsa, komanda olaraq, yuxarı yerlər haqda düşünməyə məcburuq.
- Hazırkı komanda yeni mövsümdə yüksək yerlər uğrunda mübarizə aparmağa qadirdir, yoxsa güclənmək lazımdır?
- Yəqin, bizim çempionata necə başladığımızı xatırlayırsınız. Düzdür, mövsümün gedişində bəzi futbolçular gətirdik. Hər birinə hörmətlə yanaşırıq, amma komanda yeni yığılanda məcburiyyətdən diviziondan 8 futbolçu götürmüşdük. Digərləri isə əsasən kənarda qalan, çox oynamayan futbolçular idi. Həmin vaxt bizə gəlmək istəməyən oyunçular var idi. Kimlərlə danışırdıqsa, komandanın gələcəyinin necə olacağını soruşurdular. "Sabah"a gəlmək istəmirdilər. İndi isə çox futbolçu bizim komandada oynamaq istəyir. Bir il ərzində klub olaraq, nə isə etdik. Düzdür, nəticədə 7-ci yeri tutduq. Amma mövsümün əvvəlində yaxşı nəticələr qazandıq. Əgər qarşımıza yüksək hədəflər qoyuruqsa, mütləq güclənmək lazımdır.
- Komandanın yay hazırlıq planı müəyyənləşib?
- Dünən planı yazıb, rəhbərliyə təqdim etmişəm. İyunun 17-də Bakıda yığışmaq, gündə bir məşq etmək nəzərdə tutulub. Havalar isti olacağı təqdirdə bir az gecikə bilər. Təxminən 1 aylıq paytaxt toplanışından sonra iyulun 16-da Boluya gedəcəyik və 2 həftə orada hazırlıq keçəcəyik. Türkiyə toplanışının vaxtı dəqiqdir.
- Bəs heyətdə gözlənilən dəyişikliklər haqda nə deyə bilərsiniz? "Sabah"ı neçə futbolçu tərk edəcək?
- Hardasa yeddi futbolçu ilə yollarımızı ayıracağıq. Biri legioner, altısı isə yerli oyunçudur.
- Göndəriləcək futbolçuların adlarını bilmək olar?
- Yox, mən ad çəkməyəcəyəm. Yaxın günlərdə klub özü açıqlayacaq.
Elnur SALAHOV
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video