"Qarabağ"ın sabiq futbolçusu, ötən mövsüm icarə əsasında Ağdam klubunda çıxış etmiş Pedro Enrike Qol.az-a müsahibə verib. Hazırda müqavilə ilə məxsus olduğu PAOK-un formasını geyinən braziliyalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- "Qarabağ" və "Astana"dan sonra PAOK-da da çempionluq yaşadınız. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Çox xoşbəxtəm. Çünki hərdən karyeranızda bir titul qazanmaq belə olduqca çətin olur. Mən isə 2 ildə 3 çempionluq qazandım. Təbii ki, buna görə sevinməliyəm.
- Sizin üçün 3 tituldan hansı daha vacib və xüsusidir?
- Düşünürəm ki, PAOK-la qazandığım titul daha vacibdir. Bu komanda uzun illərdir çempion ola bilmirdi. Bu, tək mən yox, bütün şəhər, yerli azarkeşlər üçün önəmli zəfərdir.
- "Qarabağ"la maraqlanır, oyunlarını izləyirsiniz?
- Əlbəttə, "Qarabağ"ı daim izləyirəm. Klubda yaxşı münasibətdə olduğum insanlar var. Həmçinin Riçardla çox yaxınam. Bilirsiniz ki, "Astana"da 6 ay bir yerdə oynamışıq. Onunla yaxşı dostluğumuz var.
- Riçard Almeyda qışda yenidən "Qarabağ"a qayıtdı. Danışanda sizə də Azərbaycana qayıtmağı təklif edirmi?
- (Gülür). Tez-tez əlaqə saxlasaq da, mənə bu barədə heç nə demir. Çünki o da PAOK-a olan sevgimi yaxşı bilir. Almeyda isə Bakını, "Qarabağ"ı çox sevir. Düşünürəm ki, hazırda ikimiz də aid olduğumuz yerdəyik.
- "Qarabağ" azarkeşləri sizi çox sevir. Niyə bu komandada qalmadınız? Özünüz istəmədiniz, yoxsa?..
- Əvvəlcə onu deyim ki, mən də "Qarabağ"ı, onun azarkeşlərini çox sevirəm. Orada olduğum müddətdə hər zaman onların dəstəyini hiss etmişəm. Hansı kluba icarəyə getsəm də, hər zaman PAOK-a qayıtmaq istəmişəm. Digər tərəfdən isə "Qarabağ"la müqaviləm başa çatdıqdan sonra komandada qalmağımla bağlı söhbət olmadı.
- Hələ Azərbaycanda oynadığınız vaxtlarda da PAOK-a qayıtmaq istədiyinizi deyirdiniz. Maraqlıdır, bu komandanı niyə bu qədər sevirsiniz?
- Çünki PAOK-u özümə daha doğma bilirəm. Burada özümü çox rahat və xoşbəxt hiss edirəm. Klubun prezidenti ilə əla münasibətim var. Şəhəri, azarkeşləri, bir sözlə, hər şeyi sevirəm. Ən əsası isə PAOK-u. Bu komanda ilə çempion olduğum üçün ikiqat sevincliyəm.
- "Qarabağ"ın oyunlarını izləyirsinizsə, yəqin, turnir cədvəlindəki mövqeyindən də xəbəriniz var...
- Hə, "Qarabağ"ın lider olduğunu bilirəm. "Neftçi" də bu mövsüm əla təsir bağışlayır. Son tura qədər işləri pis getmirdi. Ancaq düşünürəm ki, "Qarabağ" növbəti turda çempionluğun taleyini həll edəcək. Yenə də sona qədər mübarizə aparmaq lazımdır. Futbol səhvləri bağışlamır.
Elnur SALAHOV
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə