Bu, antifutboldur

Bu, antifutboldur
DÜNYA FUTBOLU 23 Aprel 2019 / 10:58 2678
-  A +

"Çelsi"nin müdafiəçisi David Luis İngiltərə Premyer Liqasının 35-ci turunda "Bernli" ilə heç-heçə etdikləri oyunu şərh edib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, o deyib: "Biz hamımız qələbə qazanmağa çalışdıq. Rəqib futbol oynamaq istəmirdi. Bu, antifutboldur. Rəqib vaxtı uzadırdı. Xüsusilə top bizdə olanda onlar meydana yıxılırdılar. Bütün komanda müdafiədə oynayırdı. Belə komandaya qol vurmaq çətindir".

Qeyd edək ki, "Çelsi" "Bernli" ilə 2:2 bərabərə qalaraq vacib iki xal itirib.


Son xəbərlər