"Zirə" üçün 8-ci rəqib

"Zirə" üçün 8-ci rəqib
XƏBƏR 23 Aprel 2019 / 10:04 1195
-  A +

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Qol.az-ın məlumatına görə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Tarixində ilk dəfə yarımfinala yüksələn “qartallar” finala vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar arasında ilk oyun Sumqayıtda keçiriləcək.

“Qartallar” indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatdakı 16 görüşdə “Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandanın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

“Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran futbolçular 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan “Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə “Qartallar” qol da buraxmayıb.

Mənbə: "Zirə"nin rəsmi "Feysbuk" səhifəsi

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı