Azərbaycanlı qızların əla himn ifası - Video

Azərbaycanlı qızların əla himn ifası - Video
VİDEO 22 Aprel 2019 / 17:41 2137
-  A +

Bakıda keçirilən bədii gimnastika üzrə II “AGF Junior Trophy” beynəlxalq turnirində baş mükafatın sahibi olan gənclərdən ibarət yığma komandamızın qələbədən sonra Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb.

Qol.az-ın məlumatına görə, mükafatlandırma mərasimi zamanı qızlarla yanaşı, bütün zal Azərbaycan himnini ifa edib.

Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.

Təmsilçilərimiz beş lentlə yarışlarda isə ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18.350 xalla qiymətləndirilib.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı