"Real"da qalacağını açıqladı

"Real"da qalacağını açıqladı
DÜNYA FUTBOLU 22 Aprel 2019 / 13:15 2632
-  A +

"Real"ın hücumçusu Kərim Benzema mövsümün sonunda "kral klubu"nu tərk etmək fikrində deyil.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçu özü məlumat verib. 31 yaşlı forvard bildirib ki, Madrid klubundan getmək barədə düşünmür:

"Real"da qalmaq istəyirəm. Çünki mən dünyanın ən yaxşı klubunda oynayıram".

Qeyd edək ki, yayda "Ayntraxt"ın hücumçusu Luka Yoviçin "Real"a mümkün keçidini nəzərə alan İspaniya mətbuatı Benzemanın komandadan ayrıla biləcəyini yazmışdı. Təcrübəli futbolçunun paytaxt təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.


Son xəbərlər