Millimizin sabiq üzvü döyüldü

Millimizin sabiq üzvü döyüldü
ÖLKƏ FUTBOLU 22 Aprel 2019 / 10:20 3702
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.

Hadisə Xətai rayonu N.Rəfiyev küçəsində baş verib.

İki nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.

Qeyd edək ki, S.Yunisoğlu 2007-2011-ci illərdə millimizdə çıxış edib. (ona.az)

Daha çox


Son xəbərlər