"Fənərbaxça" aşağı liqaya doğru - yenə uduzdular

"Fənərbaxça" aşağı liqaya doğru - yenə uduzdular
DÜNYA FUTBOLU 21 Aprel 2019 / 21:59 6108
-  A +

Türkiyə Superliqasında 29-cu turun daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, bu mövsüm bərbad çıxışı ilə diqqət çəkən "Fənərbaxça" səfərdə "Alanyaspor"un qonağı olub və 0:1 hesabı ilə uduzub.


21 aprel

"Alanyaspor" - "Fənərbaxça" - 1:0
Qol:
E. Karaca, 57


Qeyd edək ki, "Fənərbaxça" 29 turdan sonra 33 xalla 14-cü pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər"i autsayderlər qrupundan cəmi 5 xal ayırır. "Alanyaspor" 41 xalla 5-cidir. Turnir cədvəlinə isə 62 xalla "Başakşəhər" başçılıq edir. İkinci sıradakı "Qalatasaray"ın 59, bir oyun az keçirən və üçüncü pillədə yer alan "Beşiktaş"ın isə 53 xalı var.

Son xəbərlər