Nə Alleqri, nə Dibala - "Yuventus"dan açıqlama

Nə Alleqri, nə Dibala - "Yuventus"dan açıqlama
DÜNYA FUTBOLU 21 Aprel 2019 / 17:00 3597
-  A +

"Yuventus"un idman direktoru Fabio Paratiçi komandanın baş məşqçisi Massimiliano Alleqri və yarımmüdafiəçi Paulo Dibalanın mövsümün sonunda Turin təmsilçisindən ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi hər iki şəxsin komandada qalacağını açıqlayıb:

"Əlbəttə, Dibala qalacaq. O, "Yuventus"un oyunçusudur və mütləq bizimlə olacaq. Alleqriyə gəlincə, onunla həmişəki kimi adi görüşümüz olacaq. İndi gələcəkdəki hadisələri müzakirə etməyin vaxtı deyil. Biz hazırda komandanı necə gücləndirə biləcəyimizi düşünürük".


Son xəbərlər