Şeydayev niyə əvəzlənib? - baş məşqçidən açıqlama

Şeydayev niyə əvəzlənib? - baş məşqçidən açıqlama
XƏBƏR 21 Aprel 2019 / 11:40 4974
-  A +

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç millimizin üzvü Ramil Şeydayevi Rusiya Premyer Liqasının 24-cü turunda "Dinamo" ilə matçda (0:1) niyə əvəzlədiyinin səbəbini açıqlayıb.

Qol.az-ın məlumatına görə, bununla bağlı o, klubun saytına deyib: "Bizim heyətimizdə çox hücumçu var. "Dinamo" çox yaxşı pressinq edirdi. Təəssüf ki, biz bunu edə bilmirdik. Şeydayev niyə əvəzləndi? Düşündük ki, Kornilenko ilə hücumumuz güclənəcək. Cinahda Kannikovanı oynatmağa hazırlaşırdıq".

Qeyd edək ki, R.Şeydayev 68-ci dəqiqədə Kornilenko ilə əvəzlənib.

Daha çox


Son xəbərlər