"Neftçi"dən qorxmuruq" - Təmkin Xəlilzadə

"Neftçi"dən qorxmuruq" - Təmkin Xəlilzadə
ÖLKƏ FUTBOLU 18 Aprel 2019 / 14:21 2262
-  A +

"Komandada vəziyyət çox yaxşıdır. Həmişəki kimi həftəlik hazırlığı başa vurduq. Oyuna tam hazırıq və başlama saatını gözləyirik. Öz meydanımızda oynayacağıq. Yaxşı nəticə qazanmaq istəyirik".

Bu sözləri Qol.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Təmkin Xəlilzadə deyib. Azərbaycan Premyer Liqasının 25-ci turunda sabah evdə "Neftçi" ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşən futbolçu iddialı danışıb:

"Düzdür, bu mövsüm "Sabah" "Neftçi"dən xal ala bilməyib. Prinsipiallıq deməzdim, amma onlara borcumuz var. Onu qaytarmalıyıq. "Neftçi" ilə bu mövsüm axırıncı oyunumuzda qələbə qazanmaq istəyirik. Çempionatda məğlub edə bilmədiyimiz 2 komanda var. Biri "Qarabağ"dır, digəri "Neftçi". "Qarabağ"dan xal alsaq da, "Neftçi"yə hər 3 oyunda uduzmuşuq. Ona görə də sabahkı matça daha yaxşı hazırlaşmışıq".

Təmkin çempionatda heç bir rəqibdən çəkinmədiklərini bildirib: "Doğrudan da son turda "Səbail" çempionluq uğrunda yarışan "Neftçi"yə ağır zərbə vurdu. Bizimlə oyuna ciddi hazırlaşdıqlarını, meydana 3 xal üçün çıxacaqlarını bilirik. Rəqibi tam analiz etmişik. Biz heç nədən, heç bir rəqibdən qorxmuruq. Kollektivdə belə bir hiss yoxdur. Onlar da bizim kimi futbolçulardır. Meydanda "Sabah"ın adına yaraşan oyun nümayiş etdirmək istəyirik".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı