"Yuventus"u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur

"Yuventus"u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur
DÜNYA FUTBOLU 18 Aprel 2019 / 14:09 7425
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunu vaxtından əvvəl tərk edə bilər.

Qol.az-ın xəbərinə görə, "La Repubblica" yazıb ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/4 finalında "Ayaks"a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra çox məyus olub. 34 yaşlı hücumçunun bu mövsümün sonu klubu tərk etməyəcəyi vurğulanıb. Ancaq onun 2020-ci ilin yayında "Yuventus"da ayrılmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, Ronaldonun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.

Xatırladaq ki, son 5 ildə 4 dəfə ÇL-in kubokunu qazanan portuqaliyalı futbolçu 9 ildən sonra ilk dəfə yarımfinalda oynamayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi