"Yuxarıdakılar hesab etdilər ki, qol ofsayddan vurulub" - Qvardiola

"Yuxarıdakılar hesab etdilər ki, qol ofsayddan vurulub" - Qvardiola
DÜNYA FUTBOLU 18 Aprel 2019 / 10:30 5185
-  A +

"Bu amansız sonluq oldu. Amma bununla barışmağa məcburuq. 20 dəqiqədən sonra biz 3:2 irəlidəydik. İkinci hissədə çoxlu epizodlar yaratdıq və lazımlı qolları vurduq. Təəssüf ki, nəticə pis oldu. "Tottenhem"i təbrik edirəm. Onlara yarımfinalda uğurlar arzulayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"lə cavab oyunundan  (4:3) sonra deyib.

O, "Tottenhem"in futbolçusu Fernando Lorenteni baş hakim Cüneyt Çakır tərəfindən sayılan qolu haqda da danışıb: "Mən VAR-ı dəstəkləyirəm. Amma bir nöqteyi-nəzərdən Lorentenin qolu vaxtı əllə oynadığı görülür. Amma hakimin nöqteyi-nəzərindən əllə oyun yox idi".

Təcrübəli mütəxəssis Sterlinqin ləğv edilən qolunu da şərh edib: "Mən bütün epizodlara baxdım. Yuxarıdakı insanlar hesab etdilər ki, qol ofsayddan vurulub.

Daha sonra Qvardiola bildirib: "Birinci hissədə çox yaxşı oynadıq. İkinci yarıda da çoxlu qol epizodu yaratdıq. "Tottenhem" yaxşı komandadır. Ona görə də bərabərsəviyyəli oyun keçdi. Təəssüf ki, növbəti mərhələyə yüksələ bilmədik. Ancaq yarımfinal yaxın idik. Bunu bayram edirdik.

Bizdə çempionatda çox ağır matçlar və İngiltərə kubokunun finalı var. Bu gün bizə ağırdır. Sabah da elə olacaq. Amma birigün biz növbəti matçlara hazır olacağıq".

O, komandasının son qədər vuruşduğunu söyləyib: "Birinci matçda penaltini vurmadıq. İki buraxılmış qol epizodunda səhvlər etdik. Amma sona qədər vuruşduq. Mən heç vaxt azarkeşlərimizin bu qədər dəstəyini görməmişdim.  Amma bu futboldur. Hər şey ola bilir. Oyunçularımla və azarkeşlərlə fəxr edirəm".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi