"Tottenhem"in qəhrəmanları

"Tottenhem"in qəhrəmanları
DÜNYA FUTBOLU 18 Aprel 2019 / 09:45 3836
-  A +

"İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. "Mançester Siti"ni gözəl oyuna görə təbrik edirəm. Amma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Paçettino Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra deyib.

"Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. "Mançester Siti"yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadı. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir" - deyə o bildirib.

M.Poçettino Sterlinqin ofsayd səbəbindən ləğv edilən qolu haqda da danışıb: "Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. Məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik".

Qeyd edək ki, "Tottenhem" iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı