Salah "Liverpul"dan gedir? - vəkilindən açıqlama

Salah "Liverpul"dan gedir? - vəkilindən açıqlama
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 21:40 5928
-  A +

Məhəmməd Salahın vəkili Rami Abbas misirli futbolçunun "Liverpul"dan ayrılacağı ilə bağlı "AS" nəşrinin yaydığı xəbərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, yazılanları təkzib edən R. Abbas Salahın "Liverpul"da qalacağını qeyd edib. Vəkil şəxsi "Tvitter" hesabında "Görünür, "AS" yenə yalan məlumat yayıb" - deyə yazıb.

Qeyd edək ki, "AS" nəşrinin xəbərində Salahın "Liverpul"un baş məşqçisi Yurgen Kloppla münasibətlərinin korlandığı, buna görə futbolçunun komandadan getmək istədiyi vurğulanıb.


Son xəbərlər