"Spartak" azərbaycanlı futbolçunu bağışladı

"Spartak" azərbaycanlı futbolçunu bağışladı
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 21:09 2624
-  A +

Bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu qırdığı üçün "Spartak"ın əvəzedici heyətinə göndərilən Ayaz Quliyev yenidən əsas komandaya qayıdıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçu komanda yoldaşlarından üzr istədikdən sonra bağışlanıb. Bundan başqa, yarımmüdafiəçi vəkilin iştirakı ilə zərəçəkmişlə müqavilə də imzalayıb. Onun artıq əsas komanda ilə məşqlərdə iştirak etdiyi bildirilir.

Qeyd edək ki, baş vermiş hadisəyə görə klubu tərəfindən 5 milyon rubl (təqribən 77 min dollar) məbləğinda cərimələnən Ayaz amerikalı turistə də 155 min rubl (təqribən 2.5 min dollar) təzminat ödəyib.


Son xəbərlər