"Qarabağ"a qarşı oynamayacaqlar

"Qarabağ"a qarşı oynamayacaqlar
ÖLKƏ FUTBOLU 17 Aprel 2019 / 19:43 2160
-  A +

Azərbaycan Premyer Liqasının 25-ci turunda sabah "Qarabağ"ın qonağı olacaq "Keşlə" oyuna ciddi itkilərlə çıxacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin heyətində iki itki var. Zədəli Kamran Ağayevlə yanaşı, ötən tur sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən Conatan Ayite də ağdamlılara qarşı oynamayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər