AFFA dörd klubu cərimələdi - Monroza cəza verilmədi

AFFA dörd klubu cərimələdi - Monroza cəza verilmədi
ÖLKƏ FUTBOLU 16 Aprel 2019 / 14:54 2035
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 24-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz  Premyer Liqasının 24-cü turunun “Qarabağ” – “Sabah” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Səbail” – “Neftçi” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klub  1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaq komandanın məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

"Qəbələ"nin futbolçusu Stiven Monroz isə sözügedən oyunda etdiyi hərəkətə görə cəzalanmayıb.

Daha çox


Son xəbərlər