"Tobol"un qapıçısı Emil Balayev Qol.az-a müsahibə verib. Qış fasiləsində "Səbail"dən Qazaxıstan klubuna keçən qolkiper həm oradakı vəziyyətindən, həm də gələcək hədəflərindən danışıb.
- Üç aya yaxındır Qazaxıstandasan. Ümumi vəziyyətin necədir?
- Şükürlər olsun, hər şey yaxşıdır. Həm şəhərə, həm çempionata, həm də komandaya uyğunlaşma dövrü yaxşı keçdi. Hər şey qaydasındadır.
- Çempionatın səviyyəsi necə, səni razı salır?
- Təbii ki, çempionatın səviyyəsi məni razı salır. Artıq 5 tur geridə qalıb. Hər bir oyun özünəməxsus məqamlar, hisslərlə yadda qalıb. Bu haqda ancaq pozitiv sözlər deyə bilərəm.
- Azərbaycan və Qazaxıstan Premyer Liqası arasında nə kimi fərqlər var?
- Azərbaycanda daha çox texnikalı futbola üstünlük verilir. Burada isə atletik futboldur. Qazaxıstan çempionatında ikili mübarizələr, qarşıdurmalar daha çox nəzərə çarpır. Bir də komanda sayında fərq var. Bilirsiniz ki, Azərbaycan Premyer Liqasında 8, burada isə 12 klub mübarizə aparır.
- Sənə qarşı yerli publikanın, komanda yoldaşlarının münasibəti necədir?
- Həm azarkeşlərin, həm də futbolçuların yanaşması, münasibəti çox yaxşıdır. Hər oyundan sonra istənilən vəziyyətdə komanda yoldaşlarım, yerli fanatlar məni təbrik edirlər. Azarkeşlərimiz daim komandanın yanındadır. Bu, çox xoşagələn haldır.
- "Tobol"a keçməklə əsas məqsədinin oradan daha səviyyəli klublara getmək olduğunu bildirmişdin. Gəlib, oyunlarınıza baxan skautlar olurmu?
- Futbolçuların klubla peşəkar müqaviləsi var. Hazırda yalnız bu komandanın uğurları üçün çalışırıq. Digər amillər, kiminsə gəlib oyunumuza baxıb-baxmaması ilə maraqlanmamışam. Hazırda əsas diqqətim "Tobol"un uğur qazanmasına yönəlib.
- Bundan əvvəlki turda kobud səhvə yol versən də, hamı sənə dəstək oldu. Necə düşünürsən, eyni səhvi burada etsəydin, hansı reaksiyalarla üzləşərdin?
- Yadınızdadırsa, "Səbail"in heyətində "Sumqayıt"a 0:1 hesabı ilə uduzduğumuz səfər matçında da səhvim olmuşdu. Elə qol da məhz həmin səhvdən sonra vurulmuşdu. Həmin oyunda məğlub olmağımıza baxmayaraq, matçdan sonra həm Aftandil Hacıyev, həm komanda yoldaşlarım, həm də rəhbərlik məni dəstəkləmişdi. Baş məşqçi növbəti görüşdə də mənə şans vermişdi. Futbol ictimaiyyətini deyə bilmərəm, amma az öncə sadaladağım insanlar mənim yanımda oldular.
- Burada çox vaxt boş tribunalar qarşısında oynayırdın. Qazaxıstanda isə hər oyuna kifayət qədər azarkeş gəlir. Bu amil çıxışına necə təsir edir?
- Hər bir çempionatın özünəməxsus gərginliyi, sürəti var. Təbii ki, azarkeş amili böyük rol oynayır. Amma mən deməzdim ki, Azərbaycanda oyunlara az adam gəlir. "Səbail"in "Neftçi" ilə son oyununu yəqin ki, izləmisiniz. Demək olar ki, stadion dolu idi. "Səbail" azarkeşləri həm səfər, həm də ev oyunlarında bizə maksimum dəstək olmağa çalışırdılar.
- Bu mövsümdə komandanızın qarşısına hansı məqsəd qoyulub?
- Qarşımıza konkret hansı məqsəd qoyulması haqda nəsə deyə bilmərəm. Sadəcə olaraq, çempionat başlayandan komandada yaxşı atmosfer, ruh yüksəkliyi var. Məqsədimiz hər oyunda meydana çıxıb, final fitinə qədər mübarizə aparmaq və maksimum nəticə qazanmaqdır.
Elnur SALAHOV
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi