Şərifov finalda, Murad və Hacımurad üçün "bürünc" şansı

Şərifov finalda, Murad və Hacımurad üçün "bürünc" şansı
GÜLƏŞ 9 Aprel 2019 / 19:50 6543
-  A +

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Qol.az xəbər verir ki, ikinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayıb.

61 kq çəkidə Əsgər Məmmədəliyev təsnifat mərhələsindəcə Nikolay Oxlopkova (Rumıniya) məğlub olub.

74 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev 1/8 finalda Moldova idmançısı Georgi Paskalova 10:1 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə rumıniyalı Maksim Vasilioqlo ilə qarşılşıb və 11:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, yarımfinalda italiyalı Frank Markes Çamizoya uduzub - 2:6.

86 kq çəkidə Murad Süleymanov Riçard Ferents Liqetiyə (Macarıstan)  5:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, daha sonra almaniyalı Ahmed Dudarovu 10:1 hesabı ilə məğlub edərək, adını 1/4 finala yazdırıb. Süleymanovun növbəti rəqibi - ispaniyalı Teymuraz Naskidevanı 7:2 ütələsə də, yarımfinalda rusiyalı Vladislav Valievə uduzub.

125 kq çəkidə güləşçimiz Seyid Məhəmmədrza Azərşakib təsnifat mərhələsində Eqzon Şalaya (Kosovo) uduzub - 9:13.

Şərif Şərifov yarışa 1/4 finaldan qoşulub. Olimpiya çempionu Rusiya təmsilçisi Məhəmməd Qurbanovu 6:2 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. İdmançımız final yolunda İrakli Mtsitui (Gürcüstan) ilə görüşüb və 8:2 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə polşalı Zbiqnev Baranovksi ilə qarşılaşacaq.



61 kq

Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (Rumıniya) - 0:6

74 kq

1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (Moldova) - 10:1

1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya)  - 11:0

yarımfinal - Hacımurad Hacıyev - Frank Markes Çamizo (İtaliya) - 2:6

86 kq

Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (Macarıstan) - 5:0

1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (Almaniya) - 10:1

1/4 final - Murad Süleymanov - Taymuraz Naskidaeva (İspaniya) - 7:2

yarımfinal - Murad Süleymanov - Vladislav Valiev (Rusiya) - 0:7

92 kq

1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (Rusiya) - 6:2

yarımfinal - Şərif Şərifov - İrakli Mtsitui (Gürcüstan) - 8:2


final - Zbiqnev Baranovksi (Polşa)

125 kq

Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (Kosovo) - 9:13


Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın