Tahir Süleymanov: «Baş verən olaylar Azərbaycan futbolunun nüfuzuna zərbədir»

XƏBƏR 20 Noyabr 2008 / 14:01 4121
-  A +

«Mən Azərbaycan - Albaniya oyununda bu cür hakimlik gözləmirdim». Bu sözləri Qol.Az saytına açıqlamasında keçmiş FİFA referisi Tahir Süleymanov bildirib. Oyunda hakimliyinin bərbad vəziyyətdə olduğunu deyən T.Süleymanov baş verən hadisələrin Azərbaycan futbolunun nüfuzuna zərbə olduğunu söyləyib: «Albanlar isə oyunun bu səviyyədə keçməsində günahı hakimdə yox, bizim milli komandada gördülər, hakimin hərəkətini sifariş kimi qəbul etdilər. Amma mən hesab edirəm ki, baş verən hadisələrdə günah birbaşa hakimin üzərinə düşür. FİFA referisi olmaq hələ o demək deyil ki, o, yüksək səviyyəli hakimdir. Belə hakimləri oyunlara dəvət edən adamlar bunu bilməlidirlər».

T.Süleymanov inandığını bildirib ki, federasiya rəhbərliyi gələcəkdə bu cür hallara fikir verəcəklər.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı