"Ədalətli nəticə heç-heçə olardı" - Tərlan Əhmədov

"Ədalətli nəticə heç-heçə olardı" - Tərlan Əhmədov
PREMYER LİQA 30 Mart 2019 / 20:57 3803
-  A +

"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 22-ci turunda lider "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Penalti epizoduna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim" - deyə o bildirib.

Baş məşqçi matçın 28-ci dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".


Son xəbərlər