"Neftçi"nin sabiq məşqçisi, veteran futbolçu Kamal Quliyev Qol.az-a müsahibə verib. Milli komandamızın Nikola Yurçeviçin başçılığı altında keçirdiyi oyunları dəyərləndirən gənc mütəxəssis maraqlı fikirlər səsləndirib.
- Yəqin ki, millinin "Avro-2020"nin Xorvatiya ilə seçmə mərhələ və Litva ilə yoldaşlıq oyunlarını izləmisiniz. Yeni baş məşqçinin rəhbərliyi altında yığmanın oyununda nə kimi dəyişikliklər gördünüz?
- Hər iki oyunu izlədim. Açığı, elə ciddi bir dəyişiklik görmədim. Xorvatiya ilə matçın ilk hissəsində komanda nəsə etməyə çalışsa da, ikinci yarıda ümumiyyətlə, heç nə ilə yadda qalmadı. Artıq o oyunu yaddan çıxarmaq lazımdır, keçmişdə qaldı. Litva ilə oyuna gəlincə, millimiz mütləq şəkildə qalib gəlməli olduğu matçda bunu bacarmadı. Hətta ikinci hissənin sonlarında rəqib təxminən dəqiqə yarım qapımız qarşısında paslaşıb, təhlükəli vəziyyətlər yaratdı.
- Düzdür, yeni baş məşqçinin işini görmək üçün 2 oyun elə də çox deyil. Ancaq ən azından sizdə də Yurçeviçlə bağlı ilkin təəssürat yarandı. Ümumiyyətlə, həm Xorvatiya, həm də Litva ilə görüşlərdə xorvatiyalı çalışdırıcının işi göründü?
- Şəxsən mən heç nə görmədim. Çünki baş məşqçinin işi onda nəzərə çarpar ki, o, hansısa əvəzetmə ilə oyunun gedişinə müdaxilə edər və nəticə qazanar. Hər iki matçda biz bunun şahidi olmadıq. Amma Yurçeviçin tam haqqı çatır desin ki, mən komandanı seçmə mərhələnin startına 1 ay qalmış götürdüm. Qarşıda hələ çox oyun var. Baş məşqçinin işinə ən yaxşı qiyməti həmin qarşılaşmaların nəticələrindən sonra vermək olar.
- Bu millidən seçmə mərhələdə nə gözləmək olar?
- Açığı, hələ püşk atılanda nəyin necə olacağı bilinirdi. Bəlkə də Xorvatiya ilə oyundan sonra gözləntilərdə müəyyən qədər dəyişiklik oldu. Amma Litva ilə evdəki heç-heçə bir daha nəyə qadir olduğumuzu göstərdi. Yenə deyirəm, qarşıda zaman var. Futbol daim inkişaf edir. Ümid edək ki, bizdə də hər şey yaxşıya doğru dəyişəcək.
- Yurçeviçin milliyə təyinatı nə qədər birmənalı qarşılanmadısa, xorvatiyalının verdiyi qərarlar, xüsusilə heyət, futbolçu seçimi də bir o qədər müzakirə olundu. "Qəbələ"dən yığmaya heç kimi çağırmaması, əvvəzində autsayder "Sunmqayıt"dan yenicə milliləşdirilən oyunçulara dəvət göndərməsi, son vaxtlar klubunda ehtiyatda qalan Dmitri Nazarovu Xorvatiya ilə matçda start heyətdə meydana buraxması təəccüb doğurdu...
- "Sumqayıt"ın autsayder olması, oradan milliyə futbolçu çağırılmasında qeyri-adi heç nə görmürəm. Çünki komanda aşağı pillələrdə gedirsə, o demək deyil ki, onun heyətində yaxşı oyunçular yoxdur. Yaxud da yığmaya çağırılan 2 futbolçu təkbaşına "Sumqayıt"ı alt pillələrdən xilas edə bilməz axı. Amma milli komandada "Qəbələ"dən futbolçu olmaması məni də təəccübləndirdi. Yəqin ki, baş məşqçinin bildiyi nəsə var. Buna uyğun da seçim edir. O ki qaldı Nazarova, doğrudan da çox bərbad oyun sərgilədi. Tək o deyil, elə Eddi İsrafilovu da bura əlavə etmək olar. Onların əvəzinə öz yerli uşaqlarımıza şans verilsəydi, daha yaxşı olardı.
- AFFA Xorvatiya və Litva ilə heç-heçəyə görə futbolçuların hər birinə 5000 manat mükafat verib. Siz də vaxtı ilə millinin formasını geyinmisiniz. Nə vaxtsa məğlubiyyət və heç-heçəyə görə pul almısınız?
- (Gülür) Nə pul?! Biz aylarla heç "sutoçnu"muzu ala bilmirdik. Bizim vaxtımızda belə şey yox idi.
- Məğlubiyyətə və zəif rəqiblə heç-heçəyə görə futbolçulara pul mükafatı vermək nə dərəcədə məntiqlidir?
- Əlbəttə ki, doğru deyil. Komanda uduzur, heç-heçə edir, zəif rəqibi uda bilmir, AFFA isə futbolçulara pul paylayır. Doğrudan da gülməlidir. Mən bunu qəbul etmirəm. Qurban Qurbanovun vaxtında belə şey ola bilərdi? Əlbəttə ki, yox. Baş məşqçi özü buna imkan verməzdi. Amma indi heç-heçəyə görə pul verirlər. Hətta o vaxt Finlandiyaya məğlubuyyətə görə də millinin üzvləri mükafat almışdı. Sabah o futbolçuların hansı meydanda ürəklə oynayacaq? Arxayınlaşacaqlar, düşünəcəklər ki, uduzsaq da, heç-heçə etsək də, onsuz mükafat alacağıq.
- Bu gün futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, bizdə normal futbolçu olmadığı üçün milli komanda bu vəziyyətdədir. Siz bununla razılaşırsınız?
- Onsuz da hansısa əcnəbilər gəlib-gedəcək, yenə günahkar özümüz olacağıq. Hamı uğursuz nəticələrə görə bizi qınayacaq. Amma bu gün ölkədə yaxşı futbolçu qıtlığı var. Bu, reallıqdır. Üzdə olan tək-tük futbolçularımız var ki, onlar da klublarında çox vaxt ehtiyatda qalırlar. Əsas buna fikir vermək lazımdır. Milliyə dəstək üçün yerli oyunçulara şans verilməlidir.
- Son olaraq, Topaz Premyer Liqadakı çempionluq mübarizəsi haqda soruşmaq istəyirəm. Çempionatın başa çatmasına bir dövrə qalıb. Hazırda "Qarabağ" və "Neftçi" 45 xalla ilk 2 sıranı bölüşdürür. Hansı komandanı daha şanslı görürsünüz?
- Əlbəttə ki, bu mövsüm "Neftçi"nin çempion olmasını istərdim. Ancaq hələ qarşıda bir dövrə var. 7 oyun az deyil. 21 xal edir. Şanslar bərabərdir. Hansı komanda özündən aşağıda qərarlaşan klublarla oyunlarda daha az xal itirsə də, o da çempion olacaq.
Elnur SALAHOV
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi