"Azərbaycan döyüşkən komandadır" - Litva millisinin kapitanı

"Azərbaycan döyüşkən komandadır" - Litva millisinin kapitanı
ÖLKƏ FUTBOLU 26 Mart 2019 / 12:35 1535
-  A +

"Həm bizim, həm də Azərbaycan üçün çətin oyun oldu. Çünki hər iki komanda üç gün öncə çətin ağır keçirmişdi. Üstəlik, biz uzun yol qət etmişdik".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycanla yoldaşlıq oyunundan (0:0) sonra jurnalistlərə açıqlamasında Litva millisinin kapitanı Fyodr Çernıx deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 27 yaşlı yarımmüdafiəçi bərabərliyin ədalətli nəticə olduğunu söyləyib:

"Çətinliklərə baxmayaraq, meydanda maraqlı oyunun getdiyini deyə bilərəm. Azərbaycanın da yaxşı imkanları oldu, bizim də. Məncə, hər iki komanda qalib gələ bilərdi. Düünürəm ki, sonda ədalətli nəticə oldu".

Moskva "Dinamo"sunun formasını geyinən futbolçu Azərbaycanın döyüşkən komanda olduğunu bildirib: "Hər zaman qalib gəlmək mümkündür. Ola bilsin ki, Azərbaycana qalib gələ bilməməyimizə aqressiya çatışmazlığı səbəb oldu. İlk dəqiqələrdən gördük ki, Azərbaycan yaxşı komandadır, döyüşkəndir. Demək olar ki, bütün futbolçulçar texnikalı idi. Buna görə hazırlaşmışdıq. Meydanın mərkəzində rəqibi bağlamağa çalışırdıq ki, oradan hücum qura bilməsinlər, daha çox cinahlardan gəlsinlər. Buna uyğun oynadıq və bərabərə qaldıq. Bizim üçün müsbət nəticədir".

Sonda isə Çernıx Azərbaycan və Litva millilərinin seçmə mərhələdəki şanslarını dəyərləndirib: "Həm bizim, həm də sizin qrupunuz çətindir. Düşünürəm ki, hər iki komanda üçün ağır olacaq. Amma həyatda möcüzələr baş verir. Bəlkə də Litvanı və ya Azərbaycanı Avropa çempionatında görərik".

Daha çox


Son xəbərlər