Əliyar Ağayevdən 5 sarı vərəqə - Polşadan 2 cavabsız qol

Əliyar Ağayevdən 5 sarı vərəqə - Polşadan 2 cavabsız qol
ÖLKƏ FUTBOLU 25 Mart 2019 / 01:59 4507
-  A +

AÇ-2020-nin seçmə mərhələsinin G qrupunda keçirilən Polşa - Latviya oyununu FİFA referimiz Əliyar Ağayev idarə edib.

Qol.az-ın məlumatına görə, meydan sahiblərinin 2:0 hesablı qələbə qazandıqları matçda azərbaycanlı hakim ümumilikdə 5 dəfə əlini cibinə atıb. Əliyar polşalıların iki (Kşiştof Pyontek və Tomaş Kendzera), latviyalıların isə üç futbolçusuna (Kaspars Dubra, Vitali Maksimenko, Yanis İkauniyeks) sarı vərəqə göstərib.

Qeyd edək ki, bu oyunda Ə. Ağayevə Rza Məmmədov və Namiq Hüseynov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Daha çox


Son xəbərlər