"Azərbaycanla oyunda bunu yaxşı edə bilmədik" - Rakitiç

"Azərbaycanla oyunda bunu yaxşı edə bilmədik" -  Rakitiç
ÖLKƏ FUTBOLU 24 Mart 2019 / 15:56 2286
-  A +

"Macarıstan bizimlə oyuna yaxşı hazırlaşıb.  Ancaq biz qələbə üçün çalışacağıq. Bunun üçün səbirli olmalı və intizamlı oynamalıyıq”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü İvan Rakitiç ölkəsinin mətbuatına açıqlamasında deyib. “Barselona”nın yarımmüdafiəçisi AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda bu gün Macarıstan millisi ilə keçiriləcək görüş haqda danışarkən yığmamızla qarşılaşdıqları oyunu da xatırlayıb:

“Top bizdə olarkən təzyiqi artırmalıyıq. Rəqibin hücumu zamanı isə boş zonaları bağlamalıyıq. Azərbaycanla oyunda bunu yaxşı edə bilmədik.  Düzgün müdafiə olunsaq, hücumda da bizə asan olacaq".

Qeyd edək ki, Macarıstan - Xorvatiya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanayaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord