Mata "Mançester Yunayted"in təklifini rədd etdi

Mata "Mançester Yunayted"in təklifini rədd etdi
DÜNYA FUTBOLU 24 Mart 2019 / 01:18 3682
-  A +

"Mançester Yunayted"in futbolçusu Xuan Mata klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi bu mövsümün sonu başa çatan müqavilənin müddətini uzatmaq istəməyib. Buna səbəb yeni təklifin 1 illik olmasıdır. İspan oyunçunun daha uzunmüddətli müqavilə təklifi şərti ilə "MY"da qala biləcəyi iddia olunub.

Qeyd edək ki, X.Mata bu mövsüm Premyer Liqada 18 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı