Rüfətsiz "Proyssen"dən böyükhesablı qələbə

Rüfətsiz "Proyssen"dən böyükhesablı qələbə
XƏBƏR 23 Mart 2019 / 21:19 1552
-  A +

Almaniyanın üçüncü bundesliqasında 30-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu bu tur doğma meydanda "Unterhaxinq"i qəbul edib və 3:0 hesablı qələbə qazanıb. R. Dadaşov yığmamızın düşərgəsində olduğundan sözügedən matçda oynamayıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayının 41-ə yüksəldən "Proyssen" 8-ci pilləyə yüksəlib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı