Azərbaycanda oynamış futbolçu millinin baş məşqçisi oldu

Azərbaycanda oynamış futbolçu millinin baş məşqçisi oldu
XƏBƏR 23 Mart 2019 / 20:35 5731
-  A +

Kristian Panuççinin istefaya göndərilməsindən sonra Albaniya millisini AÇ-2020-nin seçmə mərhələsində Andorra ilə martın 25-də keçiriləcək oyuna köməkçi məşqçilər - Ervin Bulku və Süleyman Mena çıxaracaqlar.

Qol.az-ın məlumatına görə, müvəqqəti olaraq, bu vəzifəyə təyinat alan E.Bulku vaxtı ilə Azərbaycan çempionatında da çıxış edib. O, 2011-2012 mövsümündə AZAL-ın (indiki "Şüvəlan") formasını geyinib. Paytaxt klubunda 22 oyuna çıxan veteran futbolçu 3 qol vurub.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2015-ci ildən Albaniya millisində köməkçi məşqçi vəzifəsində çalışır.


Son xəbərlər