"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"

"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
DÜNYA FUTBOLU 23 Mart 2019 / 19:22 3341
-  A +

İrlandiyanın U-19 yığmasının baş məşqçisi Tom Mohan AÇ-2019-un elit-raund mərhələsində bu gün Azərbaycan millisi üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis görüşün çətin keçdiyini bildirib:

"Bu oyun Rumıniya üzərində qələbə qazandığımız matçdan fərqli alındı. Azərbaycanın müqavimətini qırmaq çox çətin oldu. Ağır oyun oldu. Komandam əsl xarakter nümayiş etdirdi. Bu gün heyətimizdə yeddi 18 yaşadək və bir 17 yaşadək futbolçu var idi. Gənc olmalarına baxmayaraq, onlar inamlı təsir bağışladılar".

Qeyd edək ki, İrlandiya qrupda son oyununu Rusiyaya qarşı keçirəcək.


Son xəbərlər