"Qəbələ" yoxlama oyunu keçirəcək

"Qəbələ" yoxlama oyunu keçirəcək
ÖLKƏ FUTBOLU 23 Mart 2019 / 18:53 1200
-  A +

"Qəbələ" Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" məşqlərini Bakıda Biləcəri Futbol Mərkəzində davam etdirir. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

"Qəbələ" fasilə dövründə yoxlama oyunu keçirəcək. "Qırmızı qaralar" martın 25-də "Sumqayıt"la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq matç saat 16:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki