Messi zədələndi

Messi zədələndi
DÜNYA FUTBOLU 23 Mart 2019 / 13:30 3632
-  A +

Argentina millisinin futbolçusu Lionel Messi zədələnib.

Qol. az-ın Argentina Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Venesuela ilə matçda 90 dəqiqə meydanda olan "Barselona"nın hücumçusu qasıq nahiyəsindən zədə alıb. Onun Mərakeşlə matçı buraxacağı bildirilib.

Qeyd edək ki, Messi DÇ-2018-dən sonra ilk dəfə milliyə çağırılmışdı.

Xatırladaq ki, Mərakeş Futbol Federasiyası Messinin oynayacağı təqdirdə, qarşı tərəfə 969 min avro təklif etmişdi. Hücumçu oynamayasaydı, həmin məbləğin 528 min avroya qədər azaldılacağı bildirilmişdi.


Son xəbərlər