Millimiz İrlandiyaya uduzub, qrupda qaldı

Millimiz İrlandiyaya uduzub, qrupda qaldı
ÖLKƏ FUTBOLU 23 Mart 2019 / 14:58 5715
-  A +

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Qol.az-ın məlumatına görə, komandamız “Kuban” stadionunda  İrlandiya yığması ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Qrupun digər oyunu isə bu gün Rusiya və Rumıniya kollektivləri arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Yığmamız bu məğlubiyyətdən sonra bu ilin iyul ayında Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanmaq şanslarını itirib. Çünki hazırda 1 xalla 3-cü pillədə qərarlaşan komandamızın 6 xalla lider olan olan İrlandiyaya çatması mümkün deyil. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə yüksəlirlər. Millimizlə eyni xala sahib Rusiya 3-cü, xalsız Rumıniya isə sonuncudur.

Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib. 

23 mart

13:00. Azərbaycan U-19 - İrlandiya-U-19 - 1:3
Qollar:
Rayt, 41, Nayt, 63, Afolabi, 85 - Kamran Quliyev, 73
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59
Baş hakim: Adam Farkaş (Macarıstan)
“Kuban” stadionu

Daha çox


Son xəbərlər